"Çelsi"nin baş məşqçisi Tomas Tuxel komandadakı gələcək planları barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 48 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Çelsinin bir parçası olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, heç nə dəyişməyəcək. Gələcəyimlə bağlı onu deyə bilərəm ki, hələ "Çelsi"dəyəm və komandanı tərk etmək niyyətində deyiləm.
Qeyd edək ki, hazırda "Çelsi" İPL-in turnir cədvəlində 56 xalla 3-cü yerdə qərarlaşıb.
Emin