Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" təxirə salınıb.
Fanat.Az xəbər verir ki, əlverişsiz hava şəraitinə görə 65-ci dəqiqədə məcburi fasilə verilən matçı bərpa etmək baş tutmayıb.
Aramsız qara görə oyun təxirə salınıb. Reqlamentə görə, matç sabah başa çatdırılmalıdı. PFL-in yaydığı məlumatda oyunun sabah saat 12:30-da qaldığı yerdən davam etdiriləcəyi bildirilib.
Ancaq qar yağmağa davam edərsə, görüşün davamı qeyri-müəyyən vaxtda oynanılacaq.
Qeyd edək ki, "Qəbələ" - "Zirə" görüşünün baş hakim Əliyar Ağayev yağan qar səbəbindən meydan xətlərinin görünməməsinə görə oyunu 65-ci dəqiqədə dayandırıb.
Oyun dayandırılarkən hesab 0:0 olub.