Argentinalı ulduz futbolçu Lionel Messi PSJ-dən narazıdır və mövsümün sonunda Fransa klubunu tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu iddia ilə ispan jurnalist Jerar Romero çıxış edib.
O, Messinin keçən yay tərk etdiyi "Barselona"ya qayıtmaq üçün kataloniyalılarla danışıqlara başladığını bildirib: "Messinin atası - həm də onun agentidir - bir neçə gün əvvəl "Barselona" rəhbərliyi ilə əlaqə saxlayıb, Leonun qaytarılması ilə bağlı danışıqlar aparıb".
Bu mövsüm PSJ-də keçirdiyi 26 oyunda cəmi 7 qol vuran argentinalı Çempionlar Liqasının pley-off mərhələsində "Real Madrid"ə uduzduqdan sonra fransalı azarkeşlərin qəzəbinə tuş gəlib. Dünən "Bordo" ilə oyunda azarkeşlər onu aramsız fitə basıblar.
Dünən Fransa mətbuatı da 34 yaşlı Messinin PSJ-dən getməyi planlaşdırdığını yazıb. Ümumiyyətlə, parislilərdə yarpaq tökümü gözlənilir. İddiaya görə, Kilian Mbappe, baş məşqçi Maurisio Poçettino, idman direktoru Leonardo, klub prezidenti Nasser Əl-Xelayifi də klubu tərk edəcək...
Mirağa