Niderland millisinin sabiq hücumçusu Klas-Yan Huntelar "Ayaks"da çalışacaq.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Ovçu" ləqəbli 38 yaşlı veteran müddəti 2024-cü ilin iyuluna qədər olan müqaviləyə imza atıb.
O, idman direktoru Cerri Hamsterin köməkçisi qismində fəaliyyət göstərəcək.
Xatırladaq ki, Huntelar 2006-2009 və 2017-2021-ci illər aralığında "Ayaks"ın formasını geyinib. Amsterdam təmsilçisində çıxdığı 257 oyunda 158 qol vuran Klas-Yan 43 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat