"Barselona" İspaniya La Liqasının 28-ci turunun "Osasuna" ilə matçında (4:0) XXI əsrin rekordunu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun heyətində yarımmüdafiəçi Riki Puç qollardan birinə imza atıb.
Beləliklə, İspaniya çempionatının bu mövsümündə "Barselona"da" 22 fərqli futbolçu qol vurub.
Oxşar hadisə 2019/20-ci illər mövsümündə qeydə alınıb. Həmin il "Real Madrid"in heyətində bir mövsümə 21 fərqli futbolçu rəqib qapılarına yol tapmışdı.
27 turdan sonra "Barselona" İspaniya La Liqasının turnir cədvəlində üçüncü yerdədir.
Emin