Tayland çempionatında baş tutan "Banqkok" və "Şimali Banqkok" komandalarının oyununda insident yaşanıb.
Fanat.Az xəbər verir ki, şəhər derbisində "Banqkok"un oyunçusu Aytsare Noyxaybun rəqib futbolçu Supasan Ruanqsufanimitin üzünə bilərəkdən dirsəklə zərbə endirərək onu nokauta salıb.
Matçın sonuna təsadüf edən epizodda rəqibin dabanına qəsdən təpik vurmasından hiddətlənən Aytsare qonaq komandanın futbolçusuna hücum çəkib və dirsəyi ilə onun üzünə vuraraq yerə sərib.
Hakim dərhal onu qırmızı vərəqə ilə meydandan qovub. Ancaq intizamsız futbolçunun cəzası bununla bitməyib. Klubu onunla müqaviləni ləğv etməklə yanaşı, futbolçunun xuliqan hərəkətini pisləyib. "Banqkok" həmçinin, üst dodağına və üzünə ümumilikdə 24 tikiş atılan Supasana kömək vəd edib.
Pemain kelab Bangkok FC, Aisaret Noichaiboon ditamatkan kontrak sejurus tamat perlawanan, selepas aksi Muay Thai beliau keatas pemain lawan seperti dalam video dibawah. 😱😱😱 pic.twitter.com/AFPFpOXyy0
— VOCKET FC (@vocketfc) March 13, 2022
Mirağa