"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın 19 yaşlı yarımmüdafiəçisi Eduardu Kamavinqadan danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" italiyalı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"O, komandanın gələcəyidir. Bunu biz də bilirik, özü də... Modriç, Kazemiro və Kroos yaşlananda bizim Kamavinqamız olacaq".
Kamavinqa "Real"a 2021-ci ilin yayında Fransanın "Renn" klubundan transfer olunub. 31 milyon avroya alınan fransalı bu mövsüm bütün turnirlər daxil olmaqla, İspaniya nəhənginin formasıyla 32 matça çıxıb. Gənc futbolçu bu qarşılaşmalarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat