"Barselona"nın yarımmüdafiəçisi Qavi "Bayern Münhen"in əsas transfer hədəflərindən biridir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Kristian Falk yayıb.
Kataloniyalılarla olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq 17 yaşlı futbolçu klubuyla yeni sözləşmə ilə bağlı razılığa gələ bilmir. Mənbənin iddiasına görə, "Bayern" bu durumdan ən yaxşı şəkildə faydalanmağın yollarını axtarır. Qavinin anlaşmasına əsasən, onu transfer etmək istəyən klub "Barselona"ya 50 milyon avro ödəməlidir.
Nihat