Azərbaycan Premyer Liqanın 19-cu turunda keçirlimiş “Sabah” – “Qarabağ” görüşünün 26-cı dəqiqəsində zədələnərək meydanı tərk edən Toral Bayramovun durumuna aydınlıq gəlib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün aparılmış MRT müayinəsindən sonra futbolçunun əzələ toxumalarında xəsarət aşkarlanıb. Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib.
"Qarabağ"ın həkimləri Toral Bayramovu Premyer Liqanın 20-ci turunda keçiriləcək "Zirə" ilə oyuna hazır etməyə çalışacaqlar.