Premyer Liqa klubu “Qəbələ”nin zədəli futbolçularının durumu açıqlanıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç futbolçusu hazırlıqda iştirak etmir.
“Qarabağ”la Premyer Liqanın 18-ci turu çərçivəsində matçda zədələnən Omar Hani komandadan ayrı düşüb. Onun 10 gündən sonra kollektivlə məşqlərə qoşulacağı gözlənilir.
Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası bərpa dövrü keçir. Zədədən sonra sıraya dönən Rüfət Əhmədov artıq heyətə qayıdıb. O, 19-cu turun “Zirə” ilə görüşündə ehtiyat oyunçular skamyasında olub.