Rusiyanın təcavüzü nəticəsində həyatı təhlükədə olan idmançılardan biri Ukraynanın ən istedadlı futbolçularından biri Georgi Sudakovdur.
Fanat.Az xəbər verir ki, "Şaxtyor Donetsk"in 19 yaşlı oyunçusu fevral ayında evləndiyi Liza ilə ilə bombardmanlardan xilas olmağa çalışır.
O, hamilə həyat yoldaşı ilə bunkerdə gizlənir.
Hücummeyilli yarımmüdafiəçi bu mövsüm Çempionlar Liqasında Madrid “Real”ına və Milan “İnter”inə qarşı oynayıb.