Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilb.
Fanat.Az xəbər verir ki, beləliklə 1/4 finalın növbəti iştirakçıları bəlli olub.
İngiltərədə "Mançester Yunayted" və İspaniyanın "Atletiko Madrid" komandaları üz-üzə gəlib. Madriddə keçirilmiş ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Cavab oyununda isə 1:0 hesabı ilə qalib gələn ispanlar növbəti mərhələyə adlayıblar.
Gecənin digər matçında isə Niderland "Ayaks"ı Portuqaliya "Benfika"sını qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lissabondakı ilk matçda isə 2:2 hesablı heç-heçə qeydə alınıb. Beləliklə, Portuqaliya təmsilçisi adını 1/4 final mərhələsinə yazdırıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart
"Mançester Yunayted" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) 0:1
Qol: Lodi, 41.
Baş hakim: Slavko Vinçiç
İlk oyun - 1:1
"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) 0:1
Qol: Nunes, 77.
Baş hakim: Karlos del Serro
İlk oyun - 2:2
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.