"Mançester Yunayted" "Fiorentina"nın serbiyalı müdafiəçisi Nikola Milenkoviçi heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
O, sözügedən İngiltərə klubunun skautunun florensiyalıların son matçını - "Bolonya" ilə oyununu (1:0) izlədiyini bildirib. Həmin görüşdə 90 dəqiqə meydanda olan və özünü yaxşı tərəfdən göstərən Milenkoviçin bəyənildiyini vurğulayan Skira MY-nin bu yay transferi reallaşdırmaq istədiyini açıqlayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" mövsümün sonunda qarşı tərəfə 15 milyon avro ödəməyə hazırdır.
Milenkoviç 2017-ci ildən "Fiorentina"dadır. 24 yaşlı futbolçunun "bənövşəyilər"lə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.
Nihat