"Real Madrid"in hücumçusu Kərim Benzema Fransa futbol tarixinin ən yaxşı bombardiri ünvanına sahib çıxıb.
Fanat.Az xəbər verir ki, Əlcəzair əsilli forvard bu uğura İspaniya çempionatının "Malyorka" ilə oyununda (3:0) dubl edərək imza atıb.
Kərim vurduğu qolların sayını 413-ə çatdıraraq 411 dəfə rəqib qapılarına yol tapmış ulduz veteranı - Tyerri Anrini geridə qoyub.
2009-cu ildən "Real"da top qovan Benzema daha öncə "Olimpik Lion"un (2004-2009) şərəfini qoruyub.
Nihat