Polşanın 4-cü liqa təmsilçisi "Sokol Slopnitse"də çıxış edən azərbaycanlı qapıçı Şahin Zəkiyev yeni komandasında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, yoxlama oyununda iştirak edən Zəkiyev "GMLKS Pilica"nı 4:2 yendikləri matçda diqqət mərkəzinə düşüb.
Klubun mətbuat xidməti 22 yaşlı qapıçının qollardan birinə assistentlik etdiyini xüsusi vurğulayıb.
Bu, "Sokol"un çempionatın yaz mərhələsi ərəfəsində son yoxlama oyunu olub. Şahin Zəkiyevin komandası gələn həftə liqanın ilk oyununda səfərdə "Volaniya Vola" isə qarşılaşacaq.
Mirağa