"Real Madrid"in 3 futbolçusu - Kərim Benzema, Ferlan Mendi və Rodriqo "Barselona"ya qarşı La Liqanın 29-cu tur oyununu buraxa bilər.
Fanat.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Karlo Ançelotti "Malyorka" ilə son çempionat qarşılaşmasının (3:0) ardından mətbuat konfransında deyib:
"Benzema, Mendi və Rodriqonun bu vacib oyunda bizə kömək etməmək ehtimalı var. Düzdür, zədələri o qədər də ciddi deyil. Amma müəyyən xısarətlər aldıqları da faktdır. Bu futbolçuların durumuna martın 16-da aydınlıq gələcək".
Qeyd edək ki, Rodriqo "Malyorka" ilə görüşün 71-ci, Ferlan Mendi isə 80-ci dəqiqəsində əvəzlənib. Sonadək meydanda olan Kərim Benzema isə qarşılaşmanın ardından ayağında ağrılar hiss edib. Martın 20-də keçiriləcək El-Klasiko Bakı vaxtı ilə saat 00:00-da başlacaq.
Nihat