"Mançester Yunayted" klubu "Old Trafford" stadionu sökməyə qərar verib.
Fanat.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik arenanın aparıcı İngiltərə klublarının stadionları arasında ən pis vəziyyətdə olduğunu və tutumunun azlığını düşündüyü üçün onu yenisi ilə əvəzləyir.
“Qırmızı şeytanlar”ın amerikalı sahibləri bir neçə variantı nəzərdən keçirirlər. Real variant əfsanəvi stadionun tamamilə sökülməsi və yerində yenisinin tikilməsidir.
Mənbə yazır ki, əsas çətinlik stadion söküləcəyi halda, komandanın ev oyunlarını harada keçirməsi ilə bağlıdır. "Mançester Yunayted"in "Etihad"ı "Mançester Siti" və ya "Enfild"i "Liverpul"la bölüşmək variantı istisna olunur. Komandanın ehtiyaclarını ödəyə bilən yeganə stadion “Uembli”dir. Lakin "Uembli" 320 kilometr uzaqlıqdadır. Bu isə azarkeşlər üçün logistik kabus hesab olunur. Klubun təklifləri azarkeşlərə təqdim etdiyi iddia olunur. Mənbə iddia edir ki, tərəfdarlar klubun 112 ildir oynadığı arenanı əvəz edəcək yeni stadionun tikilməsi ideyasını bəyənir.
Mirağa