"Barselona" 33 yaşlı Serxio Busketsə layiqli əvəzləyici tapıb.
Fanat.Az "Beteve"yə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Vulverhempton"un portuqaliyalı yarımmüdafiəçisi Ruben Nuneşi heyətinə qatmaq istəyir.
Nuneşin transfer edilməsinin əsas tərəfdarı klub prezidenti Joan Laportadırsa, baş məşqçi Xavi də bu məsələdə başqanla həmfikirdir.
Xəbərə görə, bu transfer yalnız ingilislər böyük məbləğdə pul tələb edəcəyi halda, əngəllənə bilər. Hərçənd Nuneşin agentı Xorxe Mendeslə Laportanın şəxsi münasibətlərinin yüksək səviyyədə olması faktı da var ki, məhz bu məqam "Barselona"nın şanslarını artırır.
Nihat