"Zenit"in hücumçusu Artyom Dzyuba ölkəsinin Ukraynada apardığı müharibəyə görə Rusiya millisinə dəvətdən imtina edib.
Fanat.Az xəbər verir ki, Rusiya millisinin kapitanı baş məşqçi Valeri Karpinə Moskvada təlim-məşq toplanışına qatılmaq istəmədiyini deyib.
Bu gün açıqlanan siyahıda adı olmayan 33 yaşlı hücumçu ilə bağlı baş məşqçiyə ünvanlanan sualı Karpin belə cavablandırıb: "Bazar günü Artyomla telefonla danışdıq. O, bizi inandırdı ki, həqiqətən milli komandada oynamaq istəyir. Lakin Ukraynadakı çətin vəziyyətə görə, bu ölkədə çoxlu qohumlarının yaşaması üçün hazır deyil. O, indi bacara bilmədiyini dedi, üzr istədi. Bir sözlə, Dzyubanı ailəvi səbəblərə görə bu toplantıya dəvət etmədim. Gələcəkdə onunla yenə əlaqə saxlayacaq, "Zenit"dəki çıxışlarını izləməyə davam edəcəyik".
30 qolla Rusiya milli komandasının tarixində ən yaxşı bombardir olan Artyom Dzyuba Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə reaksiya verməməkdə qınanırdı. Dünya ictimaiyyətinin təzyiqindən sonra o, sosial şəbəkədə mesaj paylaşıb: "Mən müharibənin əleyhinəyəm. Müharibə qorxuludur. Mən həm də insan təcavüzünə, nifrətə qarşıyam. Rus olduğuma görə utanmıram. Başa düşə bilmirəm ki, idmançılar buna görə niyə əziyyət çəkirlər. Hamı deyir ki, siyasətlə futbolu bir-birindən ayırmaq lazımdır, amma fürsət düşən kimi Rusiya yarışlardan qovuldu”.
Mirağa