Qana liqasının "Kotoko" - "Gold Stars" görüşündə qeydə alınan görüntülər internetdə hitə çevrilib.
Fanat.Az xəbər verir ki, Kumasidəki stadionda meydan sahiblərinin 5:0 hesabı ilə qalib gəldikləri oyunda yan xətt hakiminin hərəkətləri sosial mediada geniş yayılıb.
Liderin ikinci qoluna səbəb olan əks-hücum zamanı laynsman futbolçuların arxasınca qaçarkən epizoda o qədər aludə olub ki, xətti itirib və cərimə meydançasına qədər gəlib çıxıb.
Həmin anın görüntülərini təqdim edirik:
Look at the Linesman 🤣 pic.twitter.com/zS5zh7cQLu
— WelBeast (@WelBeast) March 14, 2022
Mirağa