"Bayern Münhen"in hücumçusu Robert Levandovski komandasının məşqində zədələnib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Kicker" yayıb.
Mənbə futbolçunun bu gün xəsarət aldığını və məşqi yarımçıq tərk etdiyini açıqlayıb. Polşa millisinin forvardının zədəsinin nə dərəcədə ciddi olduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, 2008-ci ildən Polşa yığmasına çağırılan Levandovski 2014-cü ildən "Bayern"in formasını geyinir. Bu mövsüm Almaniya Bundesliqasında 26 oyuna çıxan ulduz futbolçu 29 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat