"Real Madrid" hücumçusu Vinisius Juniorla bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, "Kral klubu" braziliyalı futbolçu ilə müqaviləni yeniləmək niyyətindədir.
Məlumatı italyan insayder Fabritsio Romano yayıb. Xəbərə görə, 2024-cü ilin yayına qədər nəzərdə tutulan sözləşmənin müddəti 2027-ci ilə qədər uzadıla bilər.
Danışıqların yekun nəticəsi mövsümün sonunda açıqlanacaq.
Röya