"Liverpul" və hücumçusu Məhəmməd Salah yeni sözləşmə ilə bağlı razılığa gələ bilmirlər.
Fanat.Az xəbər verir ki, bu barədə italyan insayder Fabritsio Romano "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, son danışıqlar da nəticəsiz qalıb. Müqavilənin uzadılması üçün "mersisaydlılar"ın rəhbərliyi addım atmalıdır. Çünki Salah şərtlərlə bağlı güzəştə getmək niyyətində deyil.
Qeyd edək ki, misirli forvardın ingilis klubu ilə sözləşməsi 2023-cü ilin yayında başa çatır.
Röya