"Barselona" və "Spotify" tarixi sponsorluq müqaviləsi imzaladıqlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, anlaşma iyuldan etibarən qüvvəyə minəcək və üç il davam edəcək.
"Barselona" sözügedən şirkətdən 280 milyon avro alacaq. Bunun müqabilində "Spotify" klubun əsas tərəfdaşı və rəsmi audio axını partnyoru olur. Onun brendi gələn 2022/23 mövsümünün əvvəlindən formalar və məşq avadanlıqlarının ön tərəfində olacaq.
Bu sponsorluqla bağlı ən mühüm xəbər odur ki, fəaliyyət göstərdiyi müddətdə "Barselona" stadionu "Spotify Camp Nou" adlanacaq. Bütün bunları aprelin əvvəlində keçiriləcək klub səhmdarlarının yığıncağı təsdiqləməlidir.
Ancaq klubun 2020/21 mövsümünün maliyyə hesabatına əsasən, "Barselona"nın 1,35 milyard avro borcu var. Təkcə ötən mövsümdə 481 milyon avro ziyana uğrayan klubun yeni müqaviləni təsdiqləyəcəyi gözlənilir.
We’re partnering with @Spotify to bring football and music together like you’ve never seen before 🏟
— FC Barcelona (@FCBarcelona) March 15, 2022
Mirağa