Martın 27-dən aprelin 6-dək Sloveniyada şahmat üzrə Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Read Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə və Şahin Vəliyev təmsil edəcək.
İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 11 turdan ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 100 min avrodur. Qalib 20 min avroluq mükafata sahib olacaq.
Çempionatda ən yaxşı nəticə göstərən 23 idmançı, həmçinin ən yaxşı qadın oyunçu, gənc və yaşlı şahmatçılar üçün də xüsusi mükafatlar da nəzərdə tutulub.
AÇ-nin yekunlarına əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək Dünya Kuboku turnirinə vəsiqə qazanacaq.