"Barselona"nın futbolçusu Serxio Buskets "Real"ın yarımmüdafiəçisi Kazemiro barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" 33 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“Kazemiro ən yaxşı yarımmüdafiəçidir. O, ən azı dünyanın ən yaxşılarından biridir. Bunu görmək üçün oyunlarını izləmək kifayətdir. Kazemiro diqqətini qollara, driblinqə və ötürmələrə yönəldir. Ona heyranam. Yaxşı futbolçulardan xoşum gəlir. "Real Madrid"də belələri çoxdur, amma komanda yoldaşlarımı onlara dəyişməzdim. Bir futbol azarkeşi kimi, mən digər komandaların futbolçularının oyununu yüksək qiymətləndirə bilirəm".
Xatırladaq ki, İspaniya çempionatının 29-cu turunun "Real Madrid" - "Barselona" matçı martın 20-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Emin