"Ayaks"ın müdafiəçisi Nussair Mazraui "Barselona"nın maraq dairəsində olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, tanınmış futbol insayderi Fabritsio Romano 24 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“Barselona” ilə heç bir razılaşma olmayıb, hətta buna yaxın bir şey də yoxdur. Əks-halda, mən hər şeyi vicdanla, olduğu kimi söyləyərdim".
Xatırladaq ki, cari mövsüm Mazraui bütün turnirlərdə 29 matçda iştirak edib. O, beş qol vurub və dörd məhsuldar ötürmə edib.
Emin