Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, Kiyevin hazırkı meri Vitali Kliçko Vladimir Putinlə görüşmək istəmədiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Sport.ua" saytı sabiq boksçunun dediklərini belə çatdırıb:
“Putinlə görüşmək istəyim yoxdur. Minlərlə günahsız insanın qatili ilə necə görüşə bilərəm? O insan öz iqtisadiyyatını və logistikasını bilərəkdən məhv edir. Onunla görüşüm nə edim?
Hazırda dünyada milyonlarla ukraynalı miqrant var. Hamı baş verənləri nasist Almaniyasının törətdikləri ilə müqayisə edir.
Onunla müzakirə olunacaq heç nə yoxdur. Mən belə başa düşürəm ki, o insan dünyanı qeyri-adekvat dərk edir.
Onunla görüşməyə ehtiyac yoxdur. Elə insanlar var ki, onlarla görüşmək istəyirsən. Elələri də var ki, onları ümumiyyətlə, görməmək daha yaxşıdır. Çünki belələrinin olduqca pis enerjisi olur".
Emin