"Qarabağ" Fransanın "Valensyen" klubunun 22 yaşlı hücumçusu Mussa Qaeli transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə Fransanın "Foot Mercato" saytı məlumat yayıb.
Mənbə Fil Dişi Sahilindən olan futbolçunun Ağdam komandaslna keçmək ehtimalını yüksək qiymətləndirir.
Qeyd edək ki, hazırda Mussa Qael icarə əsasında Parisin "Red Star" klubunda çıxış edir.
Yayılan məlumatla bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq.
Klub rəsmisi qeyd etdi ki, hazırda komandanın aktiv transfer çalışmaları yoxdur və məlumat həqiqəti əks etdirmir.
Emin