“Mançester Yunayted” rəhbərliyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan (0:1) sonra “Old Trafford”da “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeoneyə müxtəlif əşyalar atan azarkeşlərin axtarışına başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Saymon Stoun "Twitter" səhifəsində yazıb.
Mənbənin bildirdiyinə görə, klub əməkdaşları cinayəti törədənləri müəyyən etmək üçün nəzarət kameralarının görüntülərini izləyir.
Qeyd edək ki, UEFA-nın reqlamentinə əsasən stadionda meydançaya hər hansı əşya atmaq qadağandır və qaydanı pozanları 3 il müddətinə arenaya girmək qadağası gözləyir.
Emin