Almaniya millisinin və Dortmund "Borussiya"sının keçmiş müdafiəçisi, hazırda isə həmin klubda məsləhətçi kimi fəaliyyət göstərən Mattias Zammer etiraf edib ki, "Mançester Siti"nin Erlinq Holanda təklif etdiyi məbləğ onu heyrətləndirib.
Fanat.Az xəbər verir ki, "Amazon Prime" 54 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Mançester Siti"nin Holandla maraqlandığını bilirəm. Bu, hamıya məlumdur. Amma məbləği görəndə qıcolma keçirdim. Məni bu vəziyyətdən həyat yoldaşım çıxardı. Hə, çətin ki, belə bir məbləği hesablaya bilərəm"
Daha əvvəl "Mançester Siti"nin norveçli hücumçuya həftəlik 600 min avro maaş təklif etdiyi barədə informasiya yayılıb. Holand "şəhərlilər"in düşərgəsinə keçmək qərarına gəlsə, İngiltərə Premyer Liqasında ən yüksək maaş alan oyunçu olacaq.
Emin