"Ayaks"ın çalışdırıcısı Erik ten Haq "Mançester Yunayted"in baş məşqçisi olacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu səbəbdən ingilis dilini mükəmməlləşdirmək üçün özünə müəllim tutduğu deyilən mütəxəssis "BT Sport" belə danışıb:
"İndi bu mövzuda nəsə söyləməyin xüsusi önəmi yoxdur. İndiki işimə köklənmişəm. Yayılan məlumatlara fikir vermirəm. Hazırda yalnız "Ayaks" barədə düşünürəm.
İngilis dilini öyrənməyimlə bağlı yazılanlar həqiqətə uyğun deyil. Biz "Ayaks"da da ingiliscə danışırıq. Çünki əcnəbi futbolçularımız çoxdur".
Qeyd edək ki, MY-yə müvəqqəti olaraq Ralf Ranqnik başçılıq edir.
Nihat