Tanınmış futbolçu Andrey Şevçenko ukraynalı qaçqınları öz villasında yerləşdirəcək.
Fanat.Az xəbər verir ki, Britaniyanın İTV News kanalına müsahibəsində bu barədə danışan Şevçenko Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynadan qaçqın düşən həmvətənlərini Böyük Britaniyanın Surrey şəhərindəki evində qəbul etmək niyyətində olduğunu bildirib.
Qapılarını ukraynalılara açan hər kəsə minnətdarlıq edən futbolçu deyib ki, ümumilikdə 150 ukraynalıya evində yer verməyi planlaşdırır.