"Qarabağ"ın futbolçusu Abdullah Zubirin qardaşı Tarek Zubir də karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçu I Divizion klubu "Zaqatala" ilə anlaşıb.
Bu barədə Tarek özünun "Instagram" hesabında paylaşım edib: "Zaqatala"ya keçdiyim üçün çox sevinirəm. Mənə güvəndikləri üçün kluba və idarəçilərə təşəkkür edirəm. İlk peşəkar sözləşmə imzalamağıma və böyük futbola gəlməyimə izin verdiyi üçün Gürcüstanın "Rustavi" klubuna da təşəkkürlərimi çatdırıram".
Qeyd edək ki, Tarek Zubir ötən ilin yayına qədər futzalla məşğul olub. O, "Lesquin", "Lill", "Kurnon", "Sportinq Paris" klublarının, həmçinin Fransanın futzal millisinin üzvü olub. 2021-ci ilin avqustunda Gürcüstanın "Rustavi" klubuna keçməklə, böyük futbola başlayıb.