Çərşənbə axşamı Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko Madrid"lə cavab oyunu (0:1) zamanı "Mançester Yunayted"in fransız oyunçusu Pol Poqbanın evi yarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib:
"Dünən gecə ailəmizin ən dəhşətli kabusu gerçəkləşdi. Evimiz yarıldı. Körpələrimiz çarpayılarında yatarkən bizi qarət etdilər. Bir ata üçün uşaqlarını qoruya bilməməkdən, təhlükəsizliyi təmin edə bilməməkdən daha pis hiss yoxdur".
Təcavüzkarlar dünya çempionunun mülkündə beş dəqiqədən az olublar, lakin evdə olan qiymətli əşyaları qarət ediblər. Onun həyat yoldaşı da çərşənbə axşamı "Old Trafford"da olub.
Mirağa