Bu gün qadın voleybol komandaları arasında “Bahar Kuboku” turnirinə start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında öncə “Abşeron” və "Azərreyl" üz-üzə gəlib. Matç birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə "Murov" və UNEC komandaları üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Murov" həlledici qarşılaşmada "Abşeron"a rəqib olub. "Azerreyl" və UNEC isə 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
Hər iki görüş martın 18-də baş tutacaq.
Bahar Kuboku
Yarımfinal
"Azərreyl" - "Abşeron" 1:3 (13:25, 25:18, 23:25, 17:25)
"Murov" - UNEC 3:0 (25:19, 25:15, 25:22)