Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Futbol insayderi Fabritsio Romano: Robert Levandovski mövsümün sonunadək klubundan yeni müqavilə təklifi almayacağı halda, "Bayern Münhen"dən ayrılacaq. Onu öz heyətində görmək istəyənlər arasında PSJ və "Mançester Siti" də var.
"SV Pressa" saytı: "Krasnodar"ın futbolçuları maaşlarının azaldılmasına razılaşıblar. Bəzi futbolçuların maaşı 3 dəfə azalacaq.
"Calciomercato" nəşri: Andrea Belotti "Torino" ilə müqaviləsini yeniləməkdən imtina edir. Forvard müddəti 2022-ci ilin iyununda başa çatacaq müqaviləni yeniləmək istəmir. Belotti bu mövsüm A Seriyasında 11 matçda 3 qol vurub və bir məhsuldar ötürmə edib.
"Atletiko Mineyro" klubunun rəsmi saytı: Halk "Atletiko Mineyro" ilə olan müqaviləsinin müddətini 31 dekabr 2024-cü ilə qədər uzadıb.
Baş tutmuş transfer xəbərləri:
Anders Dreyer (23 yaşlı vinger)
"Rubin"dən (Rusiya) "Midtyulland"a (Danimarka) keçib.
Futbolçu müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
Sead Haksabanoviç (22 yaşlı yarımmüdafiəçi)
"Rubin"dən (Rusiya) "Djurgården"ə (İsveç)
Futbolçu mövsümün sonuna qədər müqavilə imzalayıb.
Emin Şəmsiyev