İranlı hücumçu Sərdar Azmunun keçmiş sevgilisi futbolçunun uşağının atası kimi tanınması tələbi ilə məhkəməyə müraciət edib.
Fanat.Az "Sport Express"ə istinadən xəbər verir ki, proses Sankt-Peterburqda baş tutacaq.
Qızın vəkilinin sayta verdiyi müsahibədə dediyi kimi, onun müştərisi atalığın müəyyənləşdirilməsini və futbolçunun maaşının 25%-i məbləğində aliment istəyir.
Vəkilin sözlərinə görə, hakim artıq vəsatəti təmin edib və hər iki tərəfin iştirakı ilə məhkəmə-molekulyar-genetik ekspertiza təyin edib.
Beləliklə, hazırda Leverkuzen "Bayer"ində çıxış edən Azmun Rusiyaya uçmalı olacaq.
Xatırladaq ki, Serdar Azmun "Bayer"ə ötən qış Sankt-Peterburq "Zenit"indən keçmişdi.
Emin