"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasında çıxdığı 50-cı matçda 32-ci qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, bu nəticə ilə alman mütəxəssis sözügedən turnirdə rekord müəyyənləşdirib.
O, ilk 50 ÇL qarşılaşmasında 31 zəfərə sevinən Zinəddin Zidanı geridə qoyub. Üçüncü yerdə isə eyni sayda görüşdə 30 qələbə görən Xosep Quardioladır.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan matçda "Çelsi" səfərdə "Lill"i 2:1 hesabı ilə məğlub edib. "Zadəganlar" bu rəqibini ilk dueldə də üstələmişdi - 2:0.
Nihat