"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatması ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı "zadəganlar"ın rəsmi saytına danışıb:
"İstəyirəm ki, bizimlə düşməyi heç kim arzulamasın. Özümüzü 1/4 finalda belə görürəm. Hazırda qitənin ən nüfuzlu klub turnirində 4 ən yaxşı komanda arasında olmaq istəyirik. Bunun üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Söylədiyim kimi, bütün komandaların üz-üzə gəlmək istəmədiyi rəqibə çevrilmək əsas hədəfimizdir. Gerisini zaman göstərəcək".
Qeyd edək ki, ötən il ÇL-in qalibi olan "Çelsi" 1/8 finalda evdə 2:0 hesabı ilə yendiyi "Lill"i qonaq qismində də üstələyərək (2:1) 1/4 finala yüksəlib.
Nihat