Ukraynanın “Dnepr-1” klubunun fəxri prezidenti Yuri Bereza ölkə millisinin sabiq futbolçuları Anatoli Timoşukun müharibədə şəraitində olan vətəninə xəyanəti haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Sport.ua“ 52 yaşlı funksionerin dediklərini belə çatdırıb: "Timoşuk leşdir, təkamül prosesinin lazımsız tullantısıdır. O, şəxsiyyətsiz adamdır, satqındır. Gözləyin, hələ payını alacaq.
Onun futbolla bağlı heç-bir gələcəyi yoxdur. Edə biləcəyi yeganə şey "qulyabanilər"ə xidmət etməkdir. Ruslarda çoxlu çuqun var. Gələcəkdə çuqundan hazırlanmış toplarla oynayacaqlar, Timoşuk isə onları məşq etdirəcək”.
Qeyd edək ki, UAF (Ukrayna Futbol Assosiasiyası) daha əvvəl Anatoli Timoşukun Etika və Ədalətli Oyun Kodeksini pozduğunu açıqlayıb və mütəxəssisi cəzalandırıb.
UAF Lisenziyalaşdırma Mərkəzinin verdiyi Pro lisenziyası mütəxəssisdən alınıb. Anatoli Ukrayna çempionatının, Ukrayna Kubokunun və Ukrayna Superkubokunun qalibi qismində qazandığı bütün titullardan da məhrum olub. Veteran oyunçunun adı milli komandanın oyunçularının rəsmi reyestrindən çıxarılıb. Timoşukun Ukrayna ərazisində futbol fəaliyyəti ilə məşğul olması ömürlük yasaqlanıb.
Bundan başqa, 43 yaşlı çalışdırıcının bütün dövlət mükafatlarından və fəxri adlarından məhrum edilməsi üçün dövlət orqanlarına müraciət olunacağı da bildirilib.
Emin