"Bolonya" rəhbərliyi baş məşqçi Sinişa Mixayloviçi Cennaro Qattuzo ilə əvəzləmək istəyir.
Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, buna səbəb sözügedən klubun prezidenti Coui Saputo ilə serb çalışdırıcının münasibətlərinin pozulmasıdır.
Mənbə "Bolonya" başqanının Qattuzo variantını ən münasib saydığını və artıq bu mütəxəssislə danışdığını açıqlayıb.
Daha öncə Mixayloviç qarşısına A Seriyasını ilk "onluq"da bitirmək tapşırığı qoyulduğunu bildirmişdi. "Bolonya" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Nihat