Çempionlar Liqasının 1/8 final mərhələsinin "Lill"lə cavab oyunundan (1:2) öncə "Çelsi" azarkeşləri və yerli polis arasında dava düşüb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, London klubunun fanatları Lilldəki barlardan birinin qarşısında klubun keçmiş sahibi Roman Abramoviçin adını səsləndirməyə və vandalizm aktı törətməyə başlayıblar.
Daha sonra azarkeşlər gözyaşardıcı qazdan istifadə etməyə məcbur olan şəhər polisi ilə toqquşub.
Daha əvvəl bildirilmişdi ki, Roman Abramoviçə sanksiyalar tətbiq edildiyi üçün "Çelsi" bu mövsüm Çempionlar Liqasının oyunlarına bilet sata bilməyəcək.
Emin