PSJ-nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzonun Fransa çempionatının 28-ci turunun "Bordo" ilə oyunundan (3:0) maraqlı fotoları yayılıb. Şəkillərdə Antonella çox əsəbi görünüb və dodağını dişləyib. Bununla o, özünü sakitləşdirməyə və göz yaşlarına hakim olmağa çalışıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Antonellanın göz yaşlarınının səbəbi Messinin parisli fanatlar tərəfindən fitə basılması olub. PSJ azarkeşləri bu yolla Çempionlar Liqasından kənarlaşdırılan 34 yaşlı argentinalı futbolçunun çıxışından narazılıqlarını ifadə ediblər.
Xatırladaq ki, hazırda 65 xalı olan PSJ Liqa1-in turnir cədvəlinə başçılıq edir.
Emin