"Liverpul"un qapıçısı Alisson Beker "quru" oyunların sayına görə "Mançester Siti"nin qolkiperi Edersona çatıb.
Fanat.Az xəbər verir ki, mersisaydlıların "çərçivə" qoruyucusu Premyer Liqada "Arsenal"a qarşı təxirə salınmış matçda (2:0) qapısını toxunulmaz saxlayaraq MS-dəki həmyerlisinin uğurunu təkrarlayıb.
Premyer Liqanın 32-ci turu çərçivəsində "Mançester Siti" "Etihad" stadionunda "Liverpul"u qəbul edəcək. "Liverpul" hazırda 69 xalla ikinci yerdədir və lider “şəhərlilər”dən 1 xal geridə qalır.
Nihat