Erlinq Holand komandanın bir nömrəli ulduzu olmaq istədiyi üçün "Mançester Siti"yə meyl edir.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Holanda həm də "Real Madrid" maraq göstərir. Amma Mbappeni də sıralarına qatmağı planlaşdıran kral klubunun heyətində rəqabət böyük olacaq.
"Şəhərlilər" artıq norveçli ulduzun transferini reallaşdıracaqlarına əmindirlər və klubun futbolçuları bunu fəal şəkildə müzakirə edir.
Emin