"Real Sosyedad"ın hücumçusu Aleksander İsak "Liverpul"un transfer siyahısına düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Mənbə bu keçidin təxminən 70 milyon avro qarşılığında reallaşa biləcəyini açıqlayıb.
Daha öncə sözügedən oyunçu ilə "Arsenal" və "Mançester Siti"nin də maraqlandığı barədə informasiyalar yayılmışdı.
İsakın İspaniya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
Nihat