"Layptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunku Bundesliqada fevral ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı fransız futbolçu qışın son ayında keçirdiyi 4 oyunda 5 qol vurub.
Robert Levandovski, Conas Hofmann, Alassane Plea, Marko Roys və Mussa Diabi də mükafata namizədlər siyahısında olublar.