İspaniya millisinin sabiq baş məşqçisi Xose Antonio Kamaço "Barselona"nın baş məşqçisi Xavinin milli komandaya rəhbərlik edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" 66 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: "Xavi özünəməxsus fərdi yanaşması olan məşqçidir. Komandanın istədiyi kimi oynaması üçün ona vaxt lazımdır. O, başqalarının səhvlərini düzəltməyə vaxt sərf edir. Xavi İspaniya millisini çalışdıra bilərdi. Onu da deyim ki, indi komandada Luis Enrike var, millidə hər şey qaydasındadır. Ancaq düşünürəm ki, Xavi İspaniya millisi üçün mükəmməl məşqçi ola bilər"
Emin