"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/4 final mərhələsində "Qalatasaray" üzərində səfər qələbəsini (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" 42 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: "Biz matçı yüksək səviyyədə oynadıq, xarakter nümayiş etdirdik. Əla oyunla bu stadionda çox yaxşı komandanı dəf etdik. Onlar bizə qarşı necə müdafiə olunacağını bilirdilər, amma biz səbirli idik. Futbolçularım üçün çox şadam"
Emin